Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yaranmış münaqişə zamanı qonşusu Z.Hüseynova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən A.Salmanov tutularaq istintaqa cəlb olunmuşdur

29.10.2021

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə oktyabrın 30-da saat 1 radələrində Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini, 43 yaşlı Zakir Hüseynovun öldürülməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla qonşusu A.Salmanovla aralarında yaranmış münaqişə zamanı onun bıçaqla xəsarətlər yetirərək Z.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

29.10.2021 tarixinə olan kriminal məlumatlar