Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İdarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış C.Qubadovun polisə yalan məlumat verməsi müəyyən edilmişdir

29.10.2021

DİN-in “102 - Zəng Mərkəzi”nə oktyabrın 29-na keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən C.Qubadova məxsus “Niva” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla C.Qubadovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması və avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra onun qərəzli olaraq polisə yalan məlumat verməsi müəyyən edilmişdir.  

Araşdırma aparılır.

29.10.2021 tarixinə olan kriminal məlumatlar