Münaqişə zəminində ov tüfəngindən havaya atəş açmış Şəmkir rayon sakini M.Musayev saxlanılmışdır
29.10.2021Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. M.Musayev saxlanılmış, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.