Mingəçevir şəhər sakinləri S.Fərzanlı və qardaşından marixuana aşkar edilərək götürülmüşdür
29.10.2021Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Fərzanlıdan 10 qrama yaxın, qardaşı, əvvəllər məhkum olunmuş X.Fərzanlıdan 8 qrama yaxın, yaşadıqları evə baxış zamanı isə 173 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.