Bakı şəhər sakini İ.Kərimovdan 15 qram heroin və 19 qram metamfetamin aşkar edilərək götürülmüşdür
13.10.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kərimov Nəsimi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 15 qram heroin və 19 qram metamfetamin aşkar edilərək götürülmüşdür.