Gəncə şəhər sakinləri A.Süleymanov və A.Hüseynovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən A.Paşayev saxlanılmışdır
13.10.2021Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də şəhər sakinləri A.Süleymanov və A.Hüseynovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Paşayev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun həmin gün sərnişin avtobusunda şəhər sakini F.İsmayılovun 150 manat pulunu və mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.