Masallı rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən F.Həbibov saxlanılmışdır
13.10.2021Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 100 ABŞ dolları, qızıl üzük, 2 ədəd təqaüd kartı, şəxsiyyət vəsiqəsi və tələbə bileti oğurlamaqda şübhəli bilinən Ətcələr kənd sakini, əvvəllər məhkum olunmuş F.Həbibov saxlanılmışdır.