DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayonunun qəsəbə Fin sakini C.Quliyevi öldürməyə cəhd etmiş Bala Bəhmənli kənd sakini M.Əsədov saxlanılmışdır

12.10.2021

Füzuli Rayon Polis Şöbəsinə oktyabrın 12-də Fin qəsəbəsi ərazisində Bala Bəhmənli kənd sakini M.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə münaqişə zəminində qəsəbə sakini C.Quliyevi vurması, sonradan avtomobildən düşüb ona bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.

C.Quliyev xəstəxanaya yerləşdirilmişdir.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12.10.2021 tarixinə olan kriminal məlumatlar