Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini M.Məmmədov saxlanılmışdır
12.10.2021Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki bir evdən 560 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları, bir qarajdan 6000 manat dəyərində 1000 metr naqil, bir evdən 2900 manat dəyərində televizor, bir yarımtikilidən 1850 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili, bir evdən isə 2000 manat dəyərində kombi aparatı və 54 ədəd istilik radiatoru oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılmışdır.