Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
12.10.2021Oktyabrın 12-də saat 19 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Kələntərli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ağagül Ağayevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.