Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini F.Quliyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
10.10.2021Xaçmaz RPŞ-yə müraciət edən Qoçaqlı kənd sakini A.Cəlilov oktyabrın 9-da kənd ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Xaçmaz və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini F.Quliyev müəyyən edilərək avtomobillə birgə Qusar rayonu ərazisində saxlanılmışdır.
Araşdırma aparılır.