Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini S.Qasımov saxlanılmışdır
10.10.2021Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-na keçən gecə Gəncə şəhəri Məhsəti qəsəbəsi ərazisində “QAZel” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qasımov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha bir avtomobildən akkumulyator və yaddaş kartı oğurlaması da müəyyən edilmişdir.