Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan M.Mikayılovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
10.10.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş M.Mikayılovdan 21 qram heroin, 16 qram metamfetamin, narkotik vasitələrin satışında istifadə olunan bank kartı, yaşadığı evə baxış zamanı isə 105 qram heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.