Qazax rayonunun Canallı kəndindəki evlərin birində H.Bayramova zor tətbiq edərək 9400 ABŞ dollarını almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
08.10.2021Qazax Rayon Polis Şöbəsinə Canallı kəndindəki evlərin birində 4 nəfərin H.Bayramova zor tətbiq edərək 9400 ABŞ dollarını alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K.Əhmədov, R.Nəsibov və R.Abdullayev müəyyən edilərək saxlanılmışlar. Araşdırmalarla ev sahibəsi T.Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilmiş və o da saxlanılmışdır.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.