“GM Construction” şirkətinə məxsus 665 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən L.Yaqubov saxlanılmışdır
08.10.2021Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da “GM Construction” şirkətinə məxsus 14000 manat dəyərində 665 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən oranın mühafizəçisi L.Yaqubov saxlanılmışdır. Araşdırma aparılır.