Hacıqabul rayonunun Muğan qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.Bayramov saxlanılmışdır
08.10.2021Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muğan qəsəbəsindəki evlərin birindən 2500 manat pul və 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Bayramov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun digər bir evdən 2000 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.