Nəsimi rayonu ərazisindəki evlərin birindən pulqabı və mobil telefon oğurlamaqda şübhəli bilinən D.Əliyev saxlanılmışdır
08.10.2021Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 150 manat, 300 ABŞ dolları, avtomobil açarı, sənəd olan pulqabı və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini D.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.