Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koma halında xəstəxanaya gətirilən Gəncə şəhər sakini M.Hacıyevin avtomobillə vurulması müəyyən edilmişdir

03.10.2021

Kəpəz RPİ-yə oktyabrın 1-də saat 21 radələrində Gəncə şəhəri Ə.Rəfibəyli küçəsindən 65-70 yaşlı kişinin kəllə-beyin travması ilə koma halında xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Onun Gəncə şəhər sakini Mikayıl Hacıyev olması və Göygöl rayon sakini Y.Yusubovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulması müəyyən edilmişdir.

Araşdırma aparılır.