Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakini R.Manafova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Z.Nəzərov avtomobillə birgə saxlanılmışdır

03.10.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də şəhər sakini R.Manafova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş Z.Nəzərov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.