Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayonunun Horadiz şəhəri ərazisində idarə etdiyi avtomobillə şəhər sakini G.Səfərova vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü İ.Əliyev saxlanılmışdır

29.09.2021

Sentyabrın 29-da saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

29.09.2021 tarixinə olan kriminal məlumatlar