Füzuli rayonunun Horadiz şəhəri ərazisində idarə etdiyi avtomobillə şəhər sakini G.Səfərova vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü İ.Əliyev saxlanılmışdır
29.09.2021Sentyabrın 29-da saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.