Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Novxanı bağlar sahəsindəki evlərin birində 40-45 yaşlı kişini külünglə qətlə yetirməkdə şübhəli bilinən Tovuz rayon sakini R.Əlixanov saxlanılaraq istintaqa təhvil verilmişdir

29.09.2021

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girmiş 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olmuşdur.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Meyit eksqumasiya edilmiş, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilmişdir.

Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

29.09.2021 tarixinə olan kriminal məlumatlar