Binəqədi rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Süleymanov saxlanılmışdır
29.09.2021Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən televizor, maqnitofon, kombi, su qızdırıcısı, 2330 manat dəyərində naqil və 1200 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Süleymanov saxlanılmışdır.