Binəqədi rayonu ərazisindəki bir evdən pul və noutbuk, digər evdən isə pul və bijuteriya oğurlamaqda şübhəli bilinən A.Abasov saxlanılmışdır
29.09.2021Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-dan sentyabrın 15-dək olan müddətdə rayon ərazisindəki bir evdən 1800 manat pul və noutbuk, digər evdən isə 2000 manat pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abasov saxlanılmışdır.