Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini V.Abışovdan silah-sursat aşkar edilərək götürülmüşdür
29.09.2021Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Abışovdan “Stalker M-906” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.