Bakı şəhər sakini B.Zeynalovun idarə etdiyi avtomobildən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
29.09.2021Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Zeynalovun idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 889 qram heroin, 276 qramdan artıq metamfetamin, 300 qramdan artıq tiryək, sərnişini Ş.Əliyevdən isə heroin aşkar edilərək götürülmüşdür.