Yasamal rayonu ərazisində F.Dəmirova qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
17.09.2021Yasamal RPİ 28-ci Polis Bölməsinə sentyabrın 16-da rayon ərazisində 2 nəfərin F.Dəmirova zor tətbiq edərək 400 manat pulunu almaları barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağdam rayon sakini R.Səfərov və Gəncə şəhər sakini C.Aslanov müəyyən edilərək saxlanılmışlar.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.