DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonu ərazisində həmkəndliləri ilə münaqişə edərkən tüfəngdən havaya atəş açmaqda şübhəli bilinən C.Eyvazov və E.Şəmmədov saxlanılmışlar

17.09.2021

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 10-da Qaracəmirli kəndi ərazisində kənd sakinləri ilə münaqişə etməkdə və tüfəngdən havaya atəş açmaqda şübhəli bilinən C.Eyvazov və E.Şəmmədov müəyyən edilərək saxlanılmışlar.

Onların ətrafında aparılan tədbirlərlə E.Şəmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 kiloqrama yaxın çəkidə 14 ədəd çətənə kolu, yaşadığı evdən isə 485 qram marixuana aşkarlanmışdır.    

Davam etdirilən əməliyyat tədbirləri ilə C.Eyvazovun yaşadığı evə baxış zamanı oradan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi və 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülmüşdür.

17.09.2021 tarixinə olan kriminal məlumatlar