Gəncə şəhər sakini C.Vəliyevin idarə etdiyi avtomobildən metamfetamin, heroin və marixuana götürülmüşdür
17.09.2021Baş Dövlət Yol Polisi İdarəsi və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini C.Vəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil rayon ərazisində saxlanılmışdır. Avtomobilə baxış zamanı oradan metamfetamin, heroin və marixuana aşkar edilərək götürülmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.