Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini F.Abbasov saxlanılmışdır
17.09.2021Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun “Mercedes” markalı avtomobilinə baxış zamanı oradan da əlavə olaraq 275 qram marixuana aşkar edilərək götürülmüşdür.