Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2021Sentyabrın 16-da saat 14 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Liman şəhər sakini Məzahir Ağayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.