Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Laçın rayon sakini E.Mustafayev və Şamaxı şəhər sakini M.Şirinov saxlanılmışlar

16.09.2021

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da C.Quliyevə məxsus yardımçı təsərrüfatdan 22 baş qoyun oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini E.Mustafayev və Şamaxı şəhər sakini M.Şirinov saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların Şamaxı şəhər sakini A.Abdullayev ilə birgə N.Cəbrayılova məxsus yardımçı təsərrüfatdan 57 baş qoyun və şəhər sakini B.Bəyalıyev ilə birgə İ.Mahmudova məxsus yardımçı təsərrüfatdan 32 baş qoyun  oğurlamaları da müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abdullayev və B.Bəyalıyev də saxlanılmışlar.