Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Ş.Məmmədov evinə baxış zamanı oradan 2 kiloqram 490 qram heroin və elektron tərəzi götürülmüşdür
16.09.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 490 qram heroin və elektron tərəzi götürülmüşdür.