Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2021Sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq etmiş və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan RPŞ-nin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurmuşdur. İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılmış, onun sərxoş vəziyyətdə olması müəyyən edilmiş və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır.