Sumqayıt şəhəri Koroğlu küçəsində “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulmuşdur
14.09.2021Sentyabrın 15-də saat 1 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində şəhər sakini M.Dadaşov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.