Füzuli RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdən hərbi sursat tapılaraq aidiyyəti üzrə təhvil verilmişdir
14.09.2021Füzuli RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdən 1 ədəd “AKMS” markalı, 4 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd “PKM” markalı pulemyot silahı, 2 ədəd “RPQ-7V” markalı qumbaraatan, 14 ədəd qumbara, 11 ədəd alışdırıcı, 985 ədəd müxtəlif çaplı patron, 30 ədəd patron darağı, 4 ədəd əleyhqaz və digər hərbi sursat tapılaraq aidiyyəti üzrə təhvil verilmişdir.