Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində piyadanın ölümü ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü Ö.İsmayılov saxlanılmışdır

14.09.2021

Sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21099” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Ö.İsmayılov müəyyən edilərək saxlanılmışdır.

14.09.2021 tarixinə olan kriminal məlumatlar