Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini R.Qarayev saxlanılmışdır
14.09.2021Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 4 kiloqramdan artıq heroin, 251 qramdan artıq metamfetamin, 1 kiloqramdan artıq tiryək və 2 kiloqramdan artıq marixuana götürülmüşdür.