Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Mürsəlzadə saxlanılmışdır
02.09.2021Suraxanı RPİ 33-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Mürsəlzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki bir həyətyanı sahədən samovar, Yeni Günəşli qəsəbə sakinləri M.Babayevə məxsus 100 manatı, Z.Əjdərova məxsus 40 manat dəyərində naqili, R.Kərimova məxsus velosipedi və samovarı oğurlaması da müəyyən edilmişdir.