Oğurluqda şübhəli bilinən Salyan rayonunun Xurşud kənd sakini Ə.Miriyev saxlanılmışdır
02.09.2021Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən 80 manat pul oğurlamaqda şübhəli bilinən Xurşud kənd sakini Ə.Miriyev saxlanılmışdır.
Davam etdirilən tədbirlərlə onun Xurşud kəndi ərazisindəki bir mağazadan 1300 manat pul oğurlaması da müəyyən edilmişdir.