Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şamaxı rayonunun Çağan kənd sakini Ş.Allahverdiyev saxlanılmışdır
02.09.2021Şamaxı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Çağan kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Allahverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu götürülmüşdür.