Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Tutapeştə kənd sakini N.Qurbanov saxlanılmışdır
02.09.2021Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tutapeştə kənd sakini N.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı 4 kiloqram 450 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu götürülmüşdür.