Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini F.Şirinzadənin avtomobilindən mobil telefon və bankomat kartını açıq talama yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini R.Bəkirov saxlanılmışdır
17.08.2021Sabunçu RPİ 13-cü Polis Bölməsinə avqustun 17-də Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini F.Şirinzadənin idarə etdiyi “Ford” markalı avtomobildən mobil telefonu və bankomat kartını açıq talama yolu ilə aparması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Bəkirov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.