Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Kazımov 20 qram marixuananı satmağa çalışarkən saxlanılmışdır
17.08.2021Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Viyən kənd sakini, əvvəllər məhkum olunmuş M.Kazımov 20 qram marixuananı satmağa çalışarkən saxlanılmışdır.
Davam etdirilən tədbirlərlə ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 kiloqram çəkidə çətənə kolu və 4 kiloqram 850 qram marixuana aşkar edilərək götürülmüşdür.