Saatlı rayonu ərazisində idarə etdiyi avtomobillə rayon sakini E.Məmmədovu vurmaqda şübhəli bilinən sürücü N.Müzəffərov müəyyən edilərək saxlanılmışdır
17.08.2021Avqustun 7-də saat 22 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Nərimankənd kənd sakini Elçin Məmmədov vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və avqustun 18-də orada ölmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü N.Müzəffərov müəyyən edilərək saxlanılmışdır.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.