Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.08.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılmışdır.