Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinin işçisini döyərək oradan pul və mobil telefon aparmaqda şübhəli bilinən M.Fərmanov və N.Sadıqov saxlanılmışlar

15.08.2021

Sabunçu RPİ 12-ci Polis Şöbəsinə avqustun 14-də iki nəfərin rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gələrək orada işləyən şəxsi döyüb, oradan 900 manat və 500 manat dəyərində mobil telefon aparmaları barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Fərmanov və Balaxanı qəsəbə sakini N.Sadıqov müəyyən edilərək saxlanılmışlar.    

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.