Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində “Ford” və “İnfiniti” markalı avtomobillər toqquşmuşdur

15.08.2021

Avqustun 15-də saat 12 radələrində  Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində Mingəçevir şəhər sakini R.Tağıyevin idarə etdiyi “Ford” markalı və Bakı şəhər sakini A.Pirməmmədovun idarə etdiyi “İnfiniti” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Tağıyevin sərnişinləri - Gilas İsgəndərova və  Familə Tağıyeva aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, özü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilmişdir.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.