Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Qovlar şəhəri ərazisində “VAZ-2107” markalı avtomobil yolun kənarındakı ağaca çırpılmışdır

15.08.2021

Avqustun 15-də saat 3 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Dönük Qırıqlı kənd sakini Alim İsrafilov  idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.