Goranboy rayonunun Goran qəsəbəsi ərazisində “KİA” markalı avtomobillə qəsəbə sakini P.Quliyev vurulmuşdur
15.08.2021Avqustun 15-də saat 11 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Meşəli kənd sakini E.Nəcəfov idarə etdiyi “KİA” markalı avtomobillə yolu kecən qəsəbə sakini Peyman Quliyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.